Pelosi istefa verir

   Pelosi  istefa verir
  17 Noyabr 2022    Oxunub:822
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi istefa verir. O, bu barədə cümə axşamı Konqresdə bildirib.
“Fraksiyamıza böyük inamla mən növbəti Konqresdə yenidən Demokratlar Partiyasının lideri seçilməyə can atmayacağam. Çox hörmət etdiyim Demokratik fraksiyaya yeni nəslin rəhbərlik etməsi vaxtıdır. Çoxlarının bu böyük məsuliyyəti çiyninə götürməyə hazır olduqlarına görə minnətdaram” -deyə, o bildirib.

O, deputat həmkarlarını “gələcəyə cəsarətlə getməyə” çağırıb və statusundan asılı olmayaraq seçicilərinin maraqları üçün çalışacağını bildirib.

Pelosi respublikaçıları və demokratları siyasi ideallardakı fərqlərə baxmayaraq birlikdə işləməyə çağırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti