Prezident jurnalistlərə bir kisə kartof verdi

   Prezident jurnalistlərə bir kisə kartof verdi
  17 Noyabr 2022    Oxunub:702
Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə kartof hədiyyə edib. Bu barədə belaruslu jurnalist İqor Tur özünün Telegram kanalında məlumat verib.
Turun sözlərinə görə, adətən Belarus lideri media nümayəndələrinə həmişə toy qabağı kartof verir, amma bu dəfə onlara səbəbsiz hədiyyə edib.

"Toydan əvvəl gələcək həyat yoldaşım məndən soruşdu: "Aleksandr Qriqoryeviç (Lukaşenko) bizə kartof verəcəkmi?". Bu, əlbəttə ki, zarafat idi.

Bu gün bütün jurnalistlər və operatorlar, eləcə də media rəhbərləri bir kisə kartof aldılar",-deyə Tur yazıb.

Onun sözlərinə görə, bu hədiyyə kartoflar Lukaşenkonun şəxsi sifarişi ilə jurnalistlərə verilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti