Polislərin olduğu helikopter qəzaya uğradı: 5 nəfər ölüb

   Polislərin olduğu helikopter qəzaya uğradı:    5 nəfər ölüb
  17 Noyabr 2022    Oxunub:1108
Meksikanın Aquaskalientes əyalətində regional polisə məxsus helikopter qəzaya uğrayıb. Qəza nəticəsində 5 nəfər ölüb. Bu barədə qubernator Mariya Ximenez ictimaiyyətə açıqlamasında bildirib.
Qeyd edilib ki, qəza narkotiklərlə mübarizə əməliyyatı zamanı baş verib. Onun mümkün səbəbləri barədə məlumat hələlik açıqlanmayıb. Dövlət Prokurorluğu və Federal Aviasiya Administrasiyası faciənin səbəblərini araşdıracaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti