"Twitter"də yeni funksiya: Uzun postlar paylaşa biləcəyik

    "Twitter"də yeni funksiya:    Uzun postlar paylaşa biləcəyik
  17 Noyabr 2022    Oxunub:572
"Twitter"in yeni sahibi, amerikalı milyarder İlon Mask bildirib ki, sosial şəbəkədə tezliklə uzun postlar paylaşmaq mümkün olacaq.
"Tezliklə uzun tvitlər yazmaq mümkün olacaq" deyə Mask "Twitter" hesabında yazıb.

Qeyd edək ki, istifadəçilər hazırda 280-ə qədər işarədən istifadə edirlər. Bu səbəbdən onların bir çoxu nəşrlərinə çoxlu mətnli fotoşəkillər əlavə etməli olurlar.

Mask "Twitter"in işçilərinə bildirib ki, ya intensiv işləməli, ya da işdən ayrılmalıdırlar. Qeyd olunur ki, iş adamı ayrılanlara 3 aylıq müavinət veriləcəyini deyib.Eyni zamanda, qalan heyət uzun saatlarla və yüksək intensivliklə işləyəcək.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti