Odessa vuruldu: Bir nəfər yaralanıb

   Odessa vuruldu:    Bir nəfər yaralanıb
  17 Noyabr 2022    Oxunub:633
Odessada logistika obyektinə raket hücumu nəticəsində bir nəfər yaralanıb. Partlayış dalğasından qonşu müəssisələrin binalarına da ziyan dəyib.
Bu barədə şəhər şurası Telegram kanalında bildirib.

"Düşmən Qara dəniz sularından “Kalibr” atıb, iki Su-30 taktiki təyyarədən istifadə edərək havadan 6 raket buraxıb. Rayon mərkəzindəki logistika obyekti vurulub. Bir mülki şəxs yaralanıb”, - məlumatda deyilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti