"Məni terrora sevgilim Əhməd cəlb etdi"

   "Məni terrora sevgilim Əhməd cəlb etdi"
  17 Noyabr 2022    Oxunub:1323
Taksimdə 6 nəfərin həyatını itirdiyi, 81 nəfərin yaralandığı terrorda bombalı hücumu həyata keçirən Suriya əsilli Əhlam Əlbəşirlə bağlı bəzi məlumatlar bəlli olub.
Qadın polisə verdiyi ifadəsində terror təşkilatına qatılmasından danışıb.

"2017-ci ildə YPG üzvü olduğunu öyrəndiyim Əhməd A. adlı bir adamla tanış oldum. Daha sonra onunla sevgi münasibətimiz yarandı. Əhməd Cerablusa getdi, mən də onun ardınca yollandım.

Burada təşkilat məni özünə cəlb etməyə çalışdı və tapşırıqlar verdi. Bir müddət sonra Əhməd A.-nın izini itirdim, amma təşkilatla münasibətim kəsilmədi, onlar məni buraxmadılar”, - deyə o bildirib.

Qeyd edək ki, Taksimdə İstiklal prospektində PKK/YPG silahlı terror təşkilatının üzvü olduğu təsbit edilən Əhlam Əlbəşir tərəfindən bombalı hücum təşkil edilib. Hücum nəticəsində 6 nəfər həyatını itirib, 81 nəfər yaralanıb. Əlbəşir qısa müddətdə polis tərəfindən yaxalanıb. Polis Əlbəşirlə birlikdə hücumda əli olduğu müəyyən edilən daha 51 nəfəri saxlayıb. 52 şübhəlidən 2-si polis bölməsindəki ifadələrinin ardından sərbəst buraxılıb. Əlbəşirin də olduğu 49 nəfər bu gün səhər saatlarında ədliyyəyə sövq edilib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti