"Elə edin ki, bu qış yeni yolla İrana gedək" - Paşinyan

   "Elə edin ki, bu qış yeni yolla İrana gedək" -    Paşinyan
  17 Noyabr 2022    Oxunub:732
"Mümkün olan hər şeyi etmək lazımdır ki, yük maşınları bu qış yeni yolla İrana getsin". AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Hər şey edilməlidir ki, İrana gedən və İrandan gələn yük maşınları bu qış Tatev aşırımlarından yan keçərək bu yolla hərəkət edə bilsin”, - Paşinyan bildirib.

Qeyd edək ki, Goruş -Qafan yolu bağlandıqdan sonra Ermənistan İranla əlaqəni Şinuayr-Tatev-Kafan yolu ilə həyata keçirir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti