“Taxıl sazişi”nin müddəti uzadılır

   “Taxıl sazişi”nin müddəti uzadılır
  17 Noyabr 2022    Oxunub:667
“Taxıl sazişi”nin müddəti daha 120 gün uzadılır”.
AzVision.az xəbər verir ki, bunu Ukraynanın infrastuktur naziri Oleksandr Kubrakov tviterdə yazıb. Nazir, həmçinin BMT-nin Baş katibi Antonio Quterreşə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyənin milli müdafiə naziri Hulusi Akara təşəkkür edib: “Quterreş, Ərdoğan və Akar qolobal ərzaq böhranı ilə mübarizədə daha bir mühüm addım atdı”.

Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.

AzVision.az



Teqlər:





Xəbər lenti