İstanbuldakı terrora kömək edən şəxs Suriyada ələ keçdi

   İstanbuldakı terrora kömək edən şəxs Suriyada ələ keçdi
  17 Noyabr 2022    Oxunub:596
İstanbulun İstiqlal prospektində terror aktının törədilməsinə kömək edən Hüsam A. adlı terrorçu Suriyanın Azez bölgəsində saxlanılıb.
AzVision.az xəbər verir ki, İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları hadisənin törədilməsinə kömək edən kod adı Hüsam olan terrorçunun Suriyaya qaçdığını müəyyən ediblər. Bununla bağlı Suriyadakı Türkiyə polis qruplarına məlumat verilib. Terrorçunun saxlanılması istiqamətində keçirilən uğurlu əməliyyatla adıgedən şəxs ələ keçirilib.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun Taksim meydanı yaxınlığındakı İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində altı nəfər ölüb, 81 nəfər yaralanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti