Şolts: "Tramp prezident seçkilərində məğlub olacaq"

   Şolts:    "Tramp prezident seçkilərində məğlub olacaq"
  16 Noyabr 2022    Oxunub:858
Donald Tramp ABŞ-ın növbəti prezident seçkilərində məğlub olacaq.
AzVision.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Balidə keçirilən G20 sammiti çərçivəsində deyib.

“Mən xüsusilə təsirlənmirəm... Ümid etmək olar ki, son seçkilərdə olduğu kimi, seçicinin qərarı populizmə qarşı veriləcək”, - o deyib.

Şolts bildririb ki, Amerikanın hazırkı prezidenti Co Bayden dünya inkişafı məsələləri ilə məşğul olan ağıllı və təcrübəli siyasətçidir.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2024-cü ildə keçiriləcək seçkilərdə namizəd olacağını açıqlayıb. O, bunu "Amerikanı yenidən böyük etmək" üçün etdiyini bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti