Sərhədin delimitasiyasına illərlə vaxt lazım ola bilər - Paşinyan

   Sərhədin delimitasiyasına illərlə vaxt lazım ola bilər -    Paşinyan
  16 Noyabr 2022    Oxunub:641
Sərhədin delimitasiyası prosesi bir neçə il çəkə bilər və bu səbəbdən Ermənistan sülh müqaviləsi əvəzinə Azərbaycanla çərçivə sazişi imzalamağı düşünür.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.

Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanana qədər sərhədin delimitasiyası və demarkasiyası prosesinin başa çatacağını düşünmək real deyil.

"Bunun üçün İrəvan Ermənistan-Azərbaycan sərhədinin demilitarizasiyasının və bunun üçün sərhədin müəyyənləşdirilməsində 1990-cı ilin xəritələrinin əsas götürülməsinin tərəfdarıdır.

Sonra sərhədçilər yerləşdirilsin və bu məsələ bir müddət qapadılsın. Çərçivə sənədi imzalansın və delimitasiyaya başlanılsın. Bu, bir ildən çox çəkə bilər.

Çərçivə sazişi heç bir ciddi təfərrüat göstərilmədən, ümumilikdə mövcud vəziyyəti düzəldəcək.
Təcrübə göstərir ki, təfərrüatlara cəhd danışıqlarda çətinliklərə səbəb ola bilər",- Paşinyan əlavə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti