"Rusiyanın günahı yoxdur" - Peskov

   "Rusiyanın günahı yoxdur" -    Peskov
  16 Noyabr 2022    Oxunub:645
"Kreml Polşadakı raket hadisəsi ilə bağlı Rusiyanı günahkar görmür". AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Polşaya düşən raket parçaları ilə bağlı vəziyyət onu göstərir ki, heç vaxt vəziyyəti gərginləşdirə biləcək bəyanatlara tələsmək olmaz. Peskov Polşaya düşən raket parçaları ilə bağlı vəziyyəti heç bir məlumata əsaslanmayan başqa bir isterik, qəzəbli, rusofobik reaksiya adlandırıb.

Qeyd edək ki, Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevodov şəhərinə iki raket düşüb.
Hadisə zamanı iki Polşa vətəndaşı həlak olub. Polşaya düşən raketlərin Rusiya tərəfindən atıldığı güman olunur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti