Ermənistanda hərbi hissə komandiri və 3 zabit həbs olunub

 Ermənistanda hərbi hissə komandiri və 3 zabit həbs olunub
  16 Noyabr 2022    Oxunub:753
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandiri və üç zabiti rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Cinayət işinin təfərrüatları barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
İş materiallarına əsasən, bölük komandiri V.A. müavini V.S.-dən 1500 dollar alıb, bunun müqabilində V.S.-lə yaxın münasibətdə olan tağım komandiri T.Ç.-ni daha yüksək vəzifəyə keçirəcəyini vəd edib. Ümumilikdə 3500 ABŞ dolları rüşvət qarşılığında hərbçiləri müxtəlif vəzifələrə təyin ediblər.

Təqdim olunan faktlar əsasında noyabrın 15-də hər 4 zabit saxlanılaraq onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib. Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cinayəti törədən şəxslərin həbsi ilə bağlı məhkəməyə vəsatət qaldırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti