İstanbulda terror törədən qadının yeni görüntüləri - VİDEO

   İstanbulda terror törədən qadının yeni görüntüləri -    VİDEO
  16 Noyabr 2022    Oxunub:1216
Türkiyənin İstanbul şəhərində terror hadisəsini törədən Suriya vətəndaşı Əhlam Əlbəşirin yeni görüntüləri aşkar edilib. İki terrorçunun küçədə üç dəfə kəşfiyyat apardığı müəyyən edilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçunun Taksimə gələrək bombanı atdığı təhlükəsizlik kamerasına düşüb. Qadının kürəyində tünd çanta, əlində ağ sellofon paketlə meydandan küçəyə doğru hərəkət etdiyi müşahidə ediliib. Daha sonra onun əlində iki gül olduğu kameraya düşüb. Bir müddət sonra terrorçu əlində partlayıcı ilə dolu bağlamanı çiçək qabının kənarına qoyub. Sonra ayağa duraraq hadisə yerindən əvvəlcə addım-addım, sonra isə qaçaraq uzaqlaşıb.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti