"Onları gözləyən acı taledən xilas ola bilməyəcəklər" - Ərdoğan

 "Onları gözləyən acı taledən xilas ola bilməyəcəklər" -    Ərdoğan
  16 Noyabr 2022    Oxunub:1122
“Terrorçular onları gözləyən acı taledən xilas ola bilməyəcək”. AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyada keçirilən G20 Liderlər Zirvə toplantısından sonra mətbuat konfransında deyib.
"Biz terror təhlükəsini mənbəyində aradan qaldırmaq strategiyamızı qətiyyətlə həyata keçirməyə davam edəcəyik. Nə edirlərsə etsinlər, kimin arxasında gizlənirlərsə gizlənsinlər, terrorçular onları gözləyən acı taledən xilas ola bilməyəcəklər. Bir daha qeyd etmək istəyirəm ki, ölkəmizin və regionumuzun gələcəyində terrorun heç bir formasına yer yoxdur.

İŞİD-lə mübarizə bəhanəsi ilə terror təşkilatına dəstək verənlər tökülən hər damla qanda da ortaqdırlar. Türkiyənin ədalətli mübarizəsi üçün bütün dost və müttəfiqlərimizin səmimi dəstəyini gözləyirik",- Ərdoğan bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti