"Senatın qətnaməsi təmas xəttində vəziyyəti gərginləşdirəcək" - Politoloq

Sənədin lehinə 295, əleyhinə isə cəmi 1 senator səs verib.
Məsələni AzVision.az -a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Fransa Senatının qətnaməsi Ermənistanın baş naziri Nikol Paşinyanı Parisdən asılı vəziyyətə salır.
- Şübhə etmirəm ki, Paşinyan, Ermənistandakı siyasi partiyalar və Qarabağ separatçıları Fransa Senatına təbrik məktubları göndərəcəklər. Əgər Paşinyan Qarabağdan imtinaya hazırlaşırdısa, Fransa Senatı sanki onu “cəsarətləndirdi” və Ermənistanın baş nazirinə belə bir mesaj göndərdi: “Əsla Qarabağın müstəqilliyindən vaz keçmə”. Əgər Fransa prezidentinin və Senatının anti-Azərbaycan ritorikası Ermənistanı və erməni separatizmini qorumaq məqsədi daşıyırsa, tam əks nəticəylə üzləşəcəklər, - ekspert deyib.
O qeyd edib ki, Senatın məlum qətnaməsi təmas xəttində vəziyyəti gərginləşdirəcək. Fransa prezidenti və ya hökuməti Azərbaycanla bütün körpüləri yandırmamaq üçün Senatın qətnaməsindəki bəndləri əsas götürməyə də bilər, ancaq hər zaman həmin qətnamə ilə bizi şantaj etməyə çalışacaqlar.
Tural Tağıyev
AzVision.az