Rusiya Polşanı raketlə vurdu - Ölən və yaralananlar var

   Rusiya Polşanı raketlə vurdu  - Ölən və yaralananlar var
  15 Noyabr 2022    Oxunub:1167
Rusiyanın gün ərzində Ukraynaya atdığı çoxsaylı raketlərdən ikisi Polşa ərazisinə düşüb.
Mərmilər Ukrayna ilə sərhəddə yerləşən Pşevodov kəndindəki fermaya tuş gəlib.

Raket zərbələri nəticəsində yerli sakinlərdən iki nəfərin öldüyü bildirilib.

Polşanın baş naziri Mateuş Moravietski və prezident Andjey Duda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıblar.

Polşalı ekspertlər belə halda NATO nizamnaməsinin 5-ci bəndinin icrasının gündəmə gələ biləcəyini vurğulayırlar.

Qeyd edək ki, bu bənd üzv dövlətlərin ərazisini bütün alyans dövlətləri tərəfindən birgə müdafiəsini nəzərdə tutur.

AzVision.az



Teqlər: Polşa   Raket  





Xəbər lenti