Ukraynada azərbaycanlı hərbçi həlak olub - FOTO

   Ukraynada azərbaycanlı hərbçi həlak olub -    FOTO
  15 Noyabr 2022    Oxunub:1074
Ukraynada davam edən müharibədə daha bir azərbaycanlı döyüşçü həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə həlak olan hərbçinin dostu iqtisadçı Zöhrab İsmayıl məlumat yayıb.

O bildirib ki, 32 yaşlı soydaşımız polkovnik-leytenant Samir Atəşli oğlu Rüstəmov apreldə Xarkova gedib:

“Xarkova gedəndə Atəşliyə dedim ki, bəlkə Dneprə-filan gedəsən, bura çox təhlükəlidir. Qayıtdı ki, uşaqları qoyub hara gedim? Samirin həlak olması xəbərinə çox üzüldüm...”.

Samir Rüstəmovun atası əslən Zəngilan rayonundan, anası isə ukraynalıdır. Subay idi. Samir Rüstəmov bu gün Xarkov şəhərində dəfn olunub.

Qeyd edək ki, Samirin qardaşı da hərbçidir.

AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti