Ukrayna rusların atdığı 90 raketdən 73-nü vura bilib

Ukrayna rusların atdığı    90 raketdən 73-nü    vura bilib
  15 Noyabr 2022    Oxunub:694
Ukrayna hava hücumundan müdafiə qüvvələri Rusiyanın kütləvi hücumları zamanı atılan 90-dan çox qanadlı raketdən 73-nü, eləcə də 10 İran pilotsuz təyyarəsini vurub.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Telegramda məlumat yayıb. Qeyd edilir ki, ruslar Ukraynanı havadan və dənizdən qanadlı raketlərlə vurublar.

Moskva kütləvi raket zərbələrinə 14 Tu-95 strateji raketdaşıyıcısı, Rusiya Qara Dəniz Donanmasının gəmiləri və İranın Şahed-136/131 kamikadze-hücum pilotsuz təyyarələrini cəlb edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti