Kiyevin vurulması qonşu ölkələrin elektrik enerjisində problem yaratdı

Kiyevin vurulması qonşu ölkələrin elektrik enerjisində problem yaratdı
  15 Noyabr 2022    Oxunub:613
Ukraynanın bir çox bölgələri və qonşu dövlətlərdə elektrikin verilməsində problem yaşanıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya raket hücumu nəticəsində elektrik enerji sistemlərində ciddi problemlər yaşanır. Ukrayna rəsmiləri son açıqlamalarında Rusiyanın bir çox bölgələrdə elektrik stansiyalarını hədəf aldığını və elektrik enerjisinin kəsildiyini bildiriblər.

Baş verən partlayışın yaratdığı təsir qonşu ölkələrin də elektrik sistemlərinə mənfi təsir göstərib.

Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyevdə güclü partlayışlar baş verib. Ukrayna Ordusu şəhərə atılan 6 raketdən 4-nü vurub. Digər ikisi isə yaşayış məntəqələrinə dəyib.

AzVision.az



Teqlər:





Xəbər lenti