Albaniya Prezidenti: "İstərdik ki, parlamentlərimiz bir-biri ilə sıx əməkdaşlıq etsinlər"

Albaniya ilə Azərbaycanın parlamentlərarası əməkdaşlığından danışan Bayram Beqay iki ölkə arasında dostluq qruplarının fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bu istiqamətdə atılacaq addımların çox ola biləcəyini söyləyən Albaniya Prezidenti deyib: “İstərdik ki, parlamentlərimiz bir-biri ilə sıx əməkdaşlıq etsinlər”.
“Bizim ikitərəfli münasibətlərimizə gəldikdə, gedəcəyimiz yol və əldə edəcəyimiz nəticələr çoxdur. Buna görə, mən dostluq əlaqələrimizə, ölkələrimiz arasında münasibətlərə çox yaxşı gələcək arzu edirəm”, - deyə Bayram Beqay əlavə edib.
AzVision.az