ABŞ bu ölkəyə 5 milyardlıq raketlər satır

ABŞ bu ölkəyə 5 milyardlıq raketlər satır
  15 Noyabr 2022    Oxunub:789
Norveç hakimiyyəti F-35 qırıcıları üçün hava-hava tipli AMRAAM-D raketlərinin alınması üçün təxminən 5 milyard Norveç kronu (təxminən 500 milyon dollar) dəyərində ABŞ ilə ölkə tarixində ən böyük sövdələşməyə imza atıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu, həm Norveçin müdafiə qabiliyyətinin artırılması, həm də Norveç-Amerika əməkdaşlığı üçün çox mühüm addımdır", - Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib.

O qeyd edib ki, hazırkı qeyri-sabit təhlükəsizlik şəraitində belə razılaşmaların əldə edilməsi çox vacibdir.

Raketlər 2028-ci ilə qədər krallığa veriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti