"Moderna" və "Pfizer" COVID peyvəndləri ilə bağlı araşdırma aparacaq

"Moderna" və "Pfizer" şirkətləri peyvəndlərin uzunmüddətli problemlərə səbəb olub-olmadığını araşdıracaq. Şirkətlər bu yolla peyvəndin hər hansı mənfi təsirinin olub-olmadığını müəyyən etməyi və müzakirələrə son qoymağı hədəfləyir.
Digər tərəfdən ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) peyvəndin faydası ilə bağlı hesabat dərc edib. Hesabatda peyvənd olunmayan insanların koronavirusdan ölmə ehtimalının 9 dəfə çox olduğunu açıqlanıb.
İngiltərənin qabaqcıl təhsil ocaqlarından biri olan Oksford Universitetində aparılan araşdırma ilə bəzi insanların niyə COVID-ə yoluxmadığı müəyyən edilib. Britaniyalı tədqiqatçılar müəyyən mutasiyaya malik insanların peyvənd olunduqdan sonra daha çox antikor reaksiyası meydana gətirdiyi qənaətindədirlər. Təxminən 10 nəfərdən 3-də HLA-DQB1*06 kimi tanınan gen var və bu, COVID peyvəndlərindən sonra insanlarda daha çox antikor istehsalına səbəb olur..
Başqa sözlə desək, bu geni daşıyan insanlar peyvənddən sonra daha intensiv müdafiəyə malik olduqları üçün virusa yoluxma ehtimalı azdır.
Sima Cəfərova
AzVision.az
Teqlər: