Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak edir

   Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak edir
  15 Noyabr 2022    Oxunub:591
Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri Türkiyənin İsparta şəhərində hərbi təlimlər keçirir.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi paylaşım edib. Paylaşımda deyilir:

“Birik, bərabərik və güclüyük!

Türk dövlətlərinin qardaş hərbçiləri İspartada bir araya gəlib. Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri “21-ci Məskunlaşmış Məhəllələrdə Terroristlərlə Mübarizə Əməliyyat Kursu” çərçivəsində təlim keçirlər”.

AzVision.az



Teqlər:





Xəbər lenti