Ermənistan Polisinin mətbuat xidmətinin yaydığı məlumata görə, 34 yaşlı Ermənistan vətəndaşı 6 ədəd “Kalaşnikov” avtomatı, 34 maqazin və 530 ədəd patronu könüllü olaraq verib.
"Gənc oğlan 44 günlük müharibədən sonra Dağlıq Qarabağda silah və sursat əldə etdiyini bildirib. Polisə könüllü təhvil verilən silah-sursat ekspertizaya göndərilib", - məlumatda deyilir.
Qeyd edək ki, müharibə vaxtı və döyüşlər bitdikdən sonra işğaldan azad edilən Qarabağdan Ermənistana silah daşınması adi hal aldı. Bununla bağlı son iki ildə xeyli faktlar aşkarlanıb.
Tural Tağıyev
AzVision.az