"Rus hərbi komandanlığı "müvəqqəti paytaxt"a köçürülür" - Britaniya kəşfiyyatı

   "Rus hərbi komandanlığı "müvəqqəti paytaxt"a köçürülür" -    Britaniya kəşfiyyatı
  15 Noyabr 2022    Oxunub:715
Rusiya hərbi komandanlığının qərargahını işğal altında olan Qeniçesk şəhərinə köçürüb. AzVision.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən Tvitterdə məlumat yayıb.
Qeyd edilir ki, bu diqqət çəkən hərbi gedişə səbəb şəhərin hazırda Ukrayna artilleriyasının atış məsafəsi imkanlarından kənarda qalmasıdır.

"Rusiya Xerson şəhərini tərk etməsindən sonra Azov dənizində yerləşən Qeniçesk şəhərini işğal etdiyi regionun "müvəqqəti paytaxtı" edib. Həmçinin Rusiyanın Qeniçesk bölgəsinə hərbi komandanlıqların yerləşdirməsi gözlənilir", - Britaniya kəşfiyyatının hesabatında yazılıb.

Müharibə Araşdırmaları İnstitutundan Ukraynaya xəbərdarlıq
Kəşfiyyat rəsmiləri həmçinin qeyd ediblər i, Rusiyanın bu ərazinin komanda mərkəzi kimi seçməsi komandanlığın prioritet və aşkar narahatlıqlarına işarə edir. Onlar Ukraynanın cənubunda müdafiəni gücləndirirlər.

Qeniçesk həm Qərbdə Xerson şəhərindən, həm də şimal-şərqdən Melitopoldan keçməklə, Ukraynadan gələn potensial təhlükələrə qarşı koordinasiya işləri qurmaq və işğal olunmuş Krımdan əlavə qüvvələr almaq üçün yaxşı mövqedə yerləşir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti