Paşinyanla Blinken Qafqazdakı vəziyyəti müzakirə ediblər

   Paşinyanla Blinken Qafqazdakı vəziyyəti müzakirə ediblər
  15 Noyabr 2022    Oxunub:712
Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Bu barədə Ermənistan hökumətinin Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, xüsusilə xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirdikləri görüşünü müzakirə ediblər.

ABŞ-ın dövlət katibi Ermənistan-Azərbaycan münasibətlərinə töhfə verməyə hazır olduğunu söyləyib.

Tərəflər humanitar məsələlərin həlli də daxil olmaqla, regionda təhlükəsizlik və sabitlik səviyyəsinin artırılmasına yönəlmiş addımların müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.

AzVision.az



Teqlər:





Xəbər lenti