Dünya əhalisinin sayı 8 milyarda çatdı

   Dünya əhalisinin sayı  8 milyarda çatdı
  15 Noyabr 2022    Oxunub:1746
Dünya əhaliinin sayı 15 noyabr tarixində 8 milayrda çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu məlumat yayıb. Hesabata əsasən, dünya əhalisinin sayı 2030-cu ildə 8,5 milyard, 2050-ci ildə 9,7 milyard, 2100-cü ildə isə 10,4 milyard nəfərə çatacağı təxmin edilir.

Dünyada əhalinin artım tempi yavaşlasa da, əhalinin 2100-cü ilə qədər artmağa davam edəcəyi gözlənilir. 1970-ci illərdən bəri azalan dünya əhalisinin artım tempi ilk dəfə 2020-ci ildə 1 faizdən (illik) aşağı düşüb.

Dünyanın 7 milyarddan 8 milyard insana yüksəlməsi üçün təxminən 12 il lazım olduğu halda, növbəti milyarda çatmaq üçün təxminən 14,5 ilin (2037-ci ilə qədər) lazım olacağı proqnozlaşdırılır.

2050-ci ilə qədər cənub-şərqi Afrikada əhali artımının yüksək olması qlobal artımın yarısından çoxunu təşkil edəcək. Getdikcə daha çox ölkədə aktiv əhalinin sayının azalması isə yeni reallıq kimi üzə çıxacaq.

Bu gün 1990-cı ildəkindən daha az əhalisi olan 17 ölkə var ki, bunların hamısı Şərqi Avropadadır. Cənubi Avropa və Şərqi Asiyada əhalinin sayının azaldığı bəzi ölkələr də var. Qlobal miqyasda əhalinin azalması Avropa ölkələrindəki aşağı doğum nisbətləri və yüksək immiqrasiya ilə bağlıdır.

Dünya əhalisinin sayının 7 milyarddan 8 milyarda yüksəlməsi əsasən aşağı gəlirli ölkələrdəki artımla bağlıdır. Orta və yüksək gəlirli ölkələrdə cəmi 250 milyon artım olub.

Bu il Çinin əhalisinin pik həddə çatacağı və daha sonra azalmağa başlayacağı gözlənilir. 2023-cü ilə qədər Hindistanın Çini keçərək "dünyanın ən sıx məskunlaşdığı ölkə" olacağı təxmin edilir.

BMT artan 1 milyardlıq dünya əhalisinin yarısının Asiyadan olduğunu açıqlayıb.

Afrika əhalinin artımının ikinci ən böyük bölgəsidir (təxminən 400 milyon), Afrika əhalisinin 2038-ci ilə qədər 2 milyarda çatacağı gözlənilir.

Önümüzdəki dövrdə Avropanın əhali artımına töhfəsinin mənfi olacağı təxmin edilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti