ABŞ Ermənistandakı Rusiya şirkətinə sanksiya tətbiq edib

   ABŞ Ermənistandakı Rusiya şirkətinə sanksiya tətbiq edib
  14 Noyabr 2022    Oxunub:821
ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqəli hüquqi və fiziki şəxslərə sanksiya tətbiq edib.
Onlar Rusiyanın hərbi sənayesinə yardım etməkdə ittiham olunur. Ümumilikdə, sanksiyalar 14 fiziki şəxs v 28 qurumu əhatə edir. Onların arasında Ermənistanda yerləşən şirkət də var. “Milandr”ın Ermənistanda yerləşən filialı “Milur Electronics” MMC mikroçiplər istehsal etmək və xaricə satışlar həyata keçirmək məqsədi ilə yaradılmışdır. Şirkət Rusiyanın elektronika istehsalı sektorunda çalışır.

Eyni zamanda ABŞ Maliyyə Nazirliyi Ermənistanda yerləşən "Milur Electronics" MMC, İsveçrənin "Milur SA" və Tayvanın "Sharp Edge Engineering Inc" şirkətlərini qara siyahıya salıb. Hər üç şirkətin "Milandr" ilə əlaqəli olduğu vurğulanır.

AzVision.az



Teqlər:





Xəbər lenti