Avropada qış isti olacaq

Avropada qış isti olacaq
  14 Noyabr 2022    Oxunub:1009
Qarşıdan gələn qışda Avropa çox güman ki, anomal istilərlə üzləşəcək.
AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” Kopernik iqlim xidmətinin araşdırmasına istinadən yazıb. Alimlər hesab edirlər ki, Baltik, Aralıq və Şimal dənizlərinin sahilyanı ərazilərində temperatur orta səviyyədən yuxarı olacaq. Böyük Britaniyada, Mərkəzi və Cənubi Avropada qış 50-60% ehtimalı ilə isti keçəcək, Fransa və Almaniyada yağıntılar daha az düşəcək.

Materialda qeyd olunur ki, yüksək temperatur hazırkı enerji böhranında qiymət artımı müşahidə olunan təbii qaza tələbi zəiflədə bilər. İsti havalar Avropa ölkələrinin anbarlarını doldurduğu yanacaq çatışmazlığının qarşısını almağa kömək edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti