İsveçrə Ukraynaya silah tədarük etməyəcək

İsveçrə Ukraynaya silah tədarük etməyəcək
  14 Noyabr 2022    Oxunub:739
İsveçrəyə edilən təzyiqlərə baxmayaraq, ölkə Ukraynaya silah tədarük etməyəcək.
AzVision.az xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının Prezidenti İqnazio Kassis bildirib. O əlavə edib ki, İsveçrə neytral mövqeyinə görə daim təzyiq altındadır:

“Nə Birinci Dünya müharibəsi zamanı, nə də İkinci Dünya müharibəsində biz silah ixrac etməmişik. Biz istər Ukraynaya, istər Rusiyaya, istərsə də dünyanın hər hansı bir yerinə silah ixrac etməyəcəyik. Biz birbaşa və ya dolayısı yolla hərbi münaqişədə iştirak etməyəcəyik”.

AzVision.az



Teqlər:





Xəbər lenti