Türkiyədə terror törədən qadınla bağlı yeni məlumatlar

   Türkiyədə terror törədən qadınla bağlı    yeni məlumatlar
  14 Noyabr 2022    Oxunub:1026
Taksimdə 6 nəfərin həyatını itirdiyi, 81 nəfərin yaralandığı terrorda bombalı hücumu həyata keçirən Suriya əsilli Əhlam Əlbəşirlə bağlı bəzi məlumatlar bəlli olub. Əldə edilən məlumata görə, terrorçu qadın təxminən 4 ay əvvəl PYD/YPG terror təşkilatının üzvü olan terrorçu B. ilə ər-arvad adı ilə qeyri-qanuni yolla İstanbula gəliblər. Onlar təşkilat rəhbərliyinin göstərişi ilə Esenlerdəki tekstil sexində işə düzəliblər.
Dünən terrorun baş verməsindən öncə ər rolunu oynayan terrorçu 1 kiloqramdan çox olan trotil tipli plastik partlayıcını İstiqlal küçəsinə göndərib. Qadın partlayıcını küçəyə qoyduqdan sonra Esenlerdəki evə gedib, oradan qızıl və pul götürərək Küçükçekmecedəki evdə gizlənib

Əvvəlcə Ədirnəyə, oradan da Yunanıstana getmək üçün fürsət axtaran Əhlam Əlbəşir gecə saat 02.50 radələrində Küçükçekmecedə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti