İstanbulda terrorçunun yaxalandığı ev - FOTOLAR

   İstanbulda terrorçunun yaxalandığı ev -    FOTOLAR
  14 Noyabr 2022    Oxunub:829
İstanbulun İstiqlal küçəsinə partlayıcı qoyan Suriya əsilli Əhləm Əlbəşirin həbs edildiyi evin videosu yayılıb.
Hüquq-mühafizə orqanları terrorçu qadını yaxalamaq üçün küçəyə nəzarət edən 1200 təhlükəsizlik kamerasına baxış keçirib. Qadının hadisə yerindən taksi ilə ayrılaraq Əsənlərə getdiyi bəlli olub.

Əsənlərdəki əməliyyatdan sonra qadının Küçükçekmece Kanarya məhəlləsində bir evdə olduğu aşkarlanıb və o yaxalanıb. Məhəllə sakinlərindən Zeki Erbek "Gecə bir qadını buradan apardılar. Taksimdəki partlayışa görə bura basqın etdilər. İnanın, məhəlləmizdə belə bir şeyin necə baş verdiyinə təəccüblənirik", -deyib.

Sezgin Ceylan isə “Səhərə yaxın belə şayiələr çıxdı ki, burada bombaçı qadın yaşayırmış. Bir gün burada qalsın, ertəsi gün Almaniyaya göndərəcəyik deyiblər. Polislər gecə burada keşik çəkirdi”, -deyə bildirib.







Sima Cəfərova
AzVision.az


Teqlər:





Xəbər lenti