"Fondun adını Humayın ingiliscə yazdığı bir şeirin son misrasından götürdük: «After all, I am named a bird, living its entire life flying invisibly high above the Earth - Huma!” (“Axı hər şeydən əvvəl bütün həyatını Yer üzündən gözəgörünməz yüksəklikdə uçmaqla keçirən quşun adıdır adım -Huma!”. Fondun maliyyə əsasını Humayın 10 ilə yaxın beynəlxalq təşkilatlarda fəaliyyəti zamanı şəxsi hesabında toplanmış vəsait təşkil edir. Fond artıq İT təhsili və xaricdə təhsillə bağlı bir neçə layihəni həyata keçirir. Fondun prezidenti Humayın anası Şəhla Vəzirovadır. Noyabrın 17-də - Humayın doğum günü ADA universitetində Fondun ictimai təqdimatı keçiriləcək. Humay “gözəgörünməz yüksəklikdə” olsa da, yenə öz nəcib işini davam etdirir.


AzVision.az