Baş verən terrorla bağlı ABŞ-ın New York Times qəzeti sosial medya hesabında “Türkiyəyə gedən turistlərin ən çox gəzdiyi yer” ifadəsini işlədib. Qəzetin rəsmi tviter hesabında yer alan xəbərdə də “Hər il dünyanın hər tərəfindən Türkiyəni ziyarət edən on milyon turistin çoxu bazar günü baş verən partlayışın olduğu bölgədə vaxt keçirir”,- deyə yazılıb.
Türkiyəni qaralamağa çalışan qəzetə bir çox istifadəçi reaksiya bildirib. Türklərin də eyni küçədə gəzdiyini vurğulayan yerli və xarici istifadəçilər “Eyni başlığı 11 sentyabr hücumu üçün yaza bilərsinizmi?”, “Sadəcə turistlərmi? Necə baxış aspektidir?”, “Belə düşmən kimi xəbərlər yazıla bilərmi?” deyərək reaksiya veriblər.
qəzet isə qərəzini davam etdirərək “Türkiyə koronavirus panedemiyasından qurtulmaq istəyərkən, partlayış illərlə davam edən sakitliyi pozdu”, ifadəsini işlədərək insanların qınağına səbəb olublar.

Sima Cəfərova
AzVision.az