"Əsas tədarükçümüz Rusiyadır, amma silahı başqa yerdən almalıyıq" - Xaçatryan

"Silahlar ən yaxşı şəkildə müharibə zamanı sınaqdan keçirilir. Biz 44 günlük müharibəni görmüşük və Ukraynada, Suriyada gedən döyüşləri izləyirik. Mütəxəssislərimiz hansı silahlara ehtiyac olduğunu yaxşı bilirlər. Təbii ki, Rusiya silahları bizim arsenalımızın əsas hissəsini təşkil edir. Burada yaxşı silahlar var ki, onlar özünü doğruldurlar. Amma bəzi silahları başqa ölkələrdən almaq lazımdır”, - Xaçatryan qeyd edib.
Onun sözlərinə görə, burada söhbət xüsusilə dronlardan qorunma, hava hücumundan müdafiə vasitələrindən gedir.
Millət vəkili fikirlərinə onu da əlavə edib ki, silahların əldə edilməsi prosesi aktiv şəkildə davam edir, bir sıra dövlətlərlə bu mövzuda intensiv müzakirələr aparılır.
Tural Tağıyev
AzVision.az
Teqlər: Silah Ermənistan