Zelenski Xersonda - FOTOLAR + YENİLƏNİB

  Zelenski Xersonda -  FOTOLAR + YENİLƏNİB
  14 Noyabr 2022    Oxunub:1497
Ukrayna Prezidenti Vladimir Zelenski yeni azad olunmuş Xersona səfər edib.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Ukrayna dövlət başçısı döyüşçülər qarşısında çıxış edəcək. Ukraynanın Avstriyadakı keçmiş səfiri Aleksandr Şerba da "Twitter" hesabında Prezident Zelenskinin Xersona gəldiyini bildirib.Ukrayna Prezident Aparatı rəhbərinin müavini Kirill Timoşenko öz teleqram kanalında Xersonda Ukrayna bayrağının qaldırılması ilə bağlı rəsmi mərasimin videosunu paylaşıb.

Qeyd edək ki, noyabrın 11-də Ukrayna ordusu Xersona girmişdi. Bu, işğaldan sonra Zelenskinin həmin əraziyə ilk səfəridir.











AzVision.az


Teqlər:





Xəbər lenti