3 yaşlı Ecrin və atası da terrorda həlak oldu

   3 yaşlı Ecrin və atası da terrorda həlak oldu
  14 Noyabr 2022    Oxunub:755
Xəbər verdiyimiz kimi, noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində terror aktı baş verib. Hadisə nəticəsində 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb.
Dünənki partlayışda həlak olanlar arasında Yusuf Meydan adlı bir şəxs və 3 yaşlı qızı Ecrin də olub. Bu barədə Ailə və Sosial Xidmətlər Naziri Dərya Yanıq sosial şəbəkə hesabında yazıb.

“Ürəyimiz İstanbuldakı xain hücum xəbəri ilə yandı. İş yoldaşımız Yusuf Meydan və qızı Ecrini itirdik. Ailəsinə, yaxınlarına və iş yoldaşlarımıza səbr diləyirik. Bir ata və övladının vəfatına səbəb olan bu xain hücumu lənətləyirik. Dövlət olaraq bütün həyatını itirmiş dostlarımızın ailələrinin və yaralıların yanındayıq. Birliyimizi pozmağa heç bir şər qüvvənin gücü çatmayacaq”,- Dərya Yanıq deyib.



Sima Cəfərova
AzVision.az


Teqlər:





Xəbər lenti