Soylu: "Türkiyə Vaşinqtonun başsağlığını rədd edir"

      Soylu:    "Türkiyə Vaşinqtonun başsağlığını rədd edir"
  14 Noyabr 2022    Oxunub:1390
"Türkiyə Vaşinqtonun başsağlığını rədd edir".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Türkiyə İstanbulda törədilən terror aktı ilə bağlı ABŞ-ın başsağlığını qəbul etmir.

"Terrorçular tutuldu, biz onları tutmasaydıq, bu gün Yunanıstana qaçaq yolla keçəcəkdilər. Hadisədən sonra aparılan texniki dinləmədə məlum oldu ki, terror təşkilatı açıq şəkildə terrorçunun öldürülməsinə göstəriş verib. Məqsədləri işi çözməmimizə mane olmaq idi. Ancaq təhlükəsizlik güclərimizin ortaya qoyduğu əməkdaşlıqla bu məsələnin ört-basdır edilməsinin qarşısını aldı.

Bizə verilən mesajı aldıq və mesajın nə olduğunu bilirik. Çox güclü cavab verəcəyik".

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti