Müharibə bitəndən sonra 1786 erməni cəsədi aşkarlanıb

   Müharibə bitəndən sonra    1786 erməni cəsədi aşkarlanıb
  14 Noyabr 2022    Oxunub:847
İşğaldan azad olunan Azərbaycan ərazilərində tapılan erməni döyüşçülərin cəsəd qalıqlarının sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, statistika barədə Xankəndidə olan qondarma qurumun "nümayəndəsi" Hunan Tadevosyan məlumat yayıb.

O, Facebook səhifəsində yazıb: “İki il keçdi. 2020-ci ilin məhz bu günü, noyabrın 13-dən etibarən xilasedicilər həlak olan hərbçilərin qalıqlarının axtarışı ilə bağlı fəal işlərə başladılar.

Bu oğlanların nə yaşadıqlarını və bu sınaqdan necə çıxdıqlarını söyləməyə ehtiyac yoxdur. Sentyabrın 27-dən noyabrın 9-dək olan müddətdə 1415 cəsəd döyüş meydanından təxliyə edilib. 13 noyabrdan sonra isə 1786 cəsəd qalıqları aşkar edilərək Azərbaycanın nəzarətinə keçən ərazilərdən təxliyə edilib".

Tural Tağıyev
AzVision.az



Teqlər: Cəsəd  





Xəbər lenti