Putin Ərdoğana başsağlığı verib

   Putin Ərdoğana başsağlığı verib
  14 Noyabr 2022    Oxunub:563
Rusiya Prezidenti Vladimir Putin İstanbuldakı terror aktı ilə əlaqədər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

“Biz terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə türkiyəli tərəfdaşlarımızla ən yaxın əməkdaşlığa hazır olduğumuzu bir daha təsdiqləyirik”.

Qeyd edək ki, noyabrın 13-də İstanbulda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti