Türkiyədə terror aktında 6 nəfər ölüb, 81 nəfər yaralanıb - YENİLƏNİB

 Türkiyədə terror aktında 6 nəfər ölüb,  81 nəfər yaralanıb  - YENİLƏNİB
  13 Noyabr 2022    Oxunub:2595
Türkiyədə terror aktında xəsarət alanların sayı 81 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib.

O, qeyd edib ki, terror aktını qadın törədib.

“Hücumçu bombanı partladan qadın olub. Nəticədə 6 nəfər ölüb, yaralıların sayı 81 nəfərə çatıb, yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir”, - Fuad Oktay bildirib.

Hadisə terror aktı kimi qiymətləndirilir.
***
Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.

"Təəssüf ki, İstiqlal küçəsində baş verən partlayış zamanı öllənlərin sayı 6 nəfərə yaralıların sayı 53-ə çatdı. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını diləyirik", - o tivter hesabında yazıb.
***
İstanbulun İstiqlal küçəsində güclü partlayış baş verib.

AzVision.azxəbər verir ki, ilkin məlumata görə, partlayışda 5 nəfər ölüb, 36 nəfər yaralanıb.

Partlayışı canlı bombanın həyata keçirdiyi iddia edilir...
***
Türkiyənin İstanbul şəhərində turistlər üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış baş verib.

AzVision.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Taksim meydanı yaxınlığında qeydə alınan partlayışın səbəbi məlum deyil.

Çoxlu sayda yaralının olduğu bildirilir.



AzVision.az


Teqlər:





Xəbər lenti