İçki şüşəsi ilə məscidə getdi, həbs edildi

Məlumata görə, İstanbulun İkitelli rayonunda əlində içki şüşəsi və siqaretlə məscidə daxil olan, Quran kitabını təhqir edən kişi saxlanılıb.
Onun barəsində polisə məscidin imamı müraciət edib.
O, təhlükəsizlik kameraları tərəfindən qeydə alınan görüntüləri də hüquq mühafizə orqanlarına təqdim edib.
Qeyd olunur ki, məscidə və müqəddəs kitaba qarşı hörmətsizlik edən şəxsin dindirilməsi həyata keçirilib. Digər təfərrüatlar barədə məlumat verilməyib.
AzVision.az
Teqlər: