Bayden Kamboca ilə Kolumbiyanı qarışdırıb

Kambocanın baş naziri Hun Senə istinad edərək Bayden deyib: “Mən Kolumbiyanın baş nazirinə ASEAN-ın sədri kimi rəhbərlik etdiyinə və hamımızı dəvət etdiyinə görə təşəkkür etmək istəyirəm”.
Bayden ilk dəfə deyil ki, bu ölkələri səhv salır. Amerika prezidenti Ağ Evdə jurnalistlərlə söhbətində artıq Kamboca ilə Kolumbiyanı səhv salmışdı.
Qeyd edək ki, bundan əvvəl Bayden Ağ Evdə çıxış edərkən avqust ayında avtomobil qəzasında həlak olan ABŞ konqresmeni Ceki Valorskini axtarmağa başlayıb.
AzVision.az
Teqlər: Bayden Kamboca Kolumbiya