"Taxıl sazişi”nin uzadılması məsələsi hələ də həll olunmayıb - Rusiya XİN

"Taxıl sazişi”nin uzadılması məsələsi hələ də həll olunmayıb -  Rusiya XİN
  12 Noyabr 2022    Oxunub:628
“Taxıl sazişi”nin uzadılması məsələsi hələ də həllini tapmayıb
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

Müvafiq sualı cavablandıran nazir müavini lakonik cavab verib - “Xeyr”.

Onun sözlərinə görə, Qara dəniz üzrə taxıl təşəbbüsü Rusiya ilə BMT Katibliyi arasında razılaşmadan fərqli olaraq 120 gün müddətinə bağlanıb:

“Bu 120 gün noyabrın 18-də başa çatır. Qərar qəbul edərkən biz bütün halları nəzərə almalıyıq. Hər şeydən əvvəl, bu, iki yolun bir-birinə bağlılığıdır. Paketdən yalnız birini çıxara bilmərik, qalanları ilə heç nə edə bilmərik, bu çox vacibdir”.

AzVision.az



Teqlər: Rusiya   Taxıl-Sazişi  





Xəbər lenti