Paşinyanın Tehran mesajının gizlinləri

 Paşinyanın  Tehran mesajının  gizlinləri
  12 Noyabr 2022    Oxunub:855
İranın Azərbaycana qarşı artan hərbi və diplomatik təhdidləri erməni cəmiyyətində sevinclə qarşılanır. AzVision.az xəbər verir ki, eyforiyaya qapılan erməni siyasətçilər, hərbi və siyasi ekspertlər Tehrana böyük qardaş, hazırda yeganə real xilaskarları kimi baxırlar.
Məsələn tanınmış erməni araşdırmaçı jurnalist Nairi Hoxikyan "Mamul"a yazdığı məqalədə iddia edir ki, Ermənistan rəhbərliyi İranın məlum aqressiyalarından lazımınca yararlana bilmir.

- İranla Azərbaycan arasında regional məsələlərə dair dərin fikir ayrılığı yaranıb. Cənub qonşumuz dəfələrlə Azərbaycan və Türkiyəyə xəbərdarlıq edib ki, onlar Ermənistana qarşı hər hansı qəfil hücuma, hərbi əməliyyata cəhd etməsinlər. Əks halda iranlılar qoşunlarını Araz çayı sahillərinə yerləşdirməli və əməliyyatlara müdaxilə etməli olacaqlar. İranla Azərbaycan arasında münasibətlər o həddə çatıb ki, iki ölkə bir-birinin sərhədləri yaxınlığında hərbi təlimlər keçirdilər. Tehranın yüksək rütbəli rəsmiləri hətta İrəvana gələrək aydın bəyanatlar verirlər. Öz növbəsində Türkiyə, İsrail və digər dövlətlərin yüksək rütbəli rəsmiləri, ABŞ da Azərbaycanın xeyrinə bəyanatlar səsləndirir, İranı hədələyirlər.

"Çalışacağıq ki, Azərbaycanla sülh müqaviləsi ilin sonuna qədər imzalansın" - Paşinyan
Bütün bunların fonunda Ermənistanın baş naziri qəfil və rəsmən bəyan edir ki, “İran və Azərbaycan bir-birinə sıx, dərin mədəni və iqtisadi əlaqələrlə bağlı ölkələrdir. Əgər onların arasında hər hansı mübahisə varsa, gəlin şişirtməyək”. Sonra o iranlı həmkarlarının xətrinə dəyməmək üçün fikirlərinə onu da əlavə edir ki, “İran beynəlxalq və regional məsələlərdə çox mühüm oyunçudur, biz çox yaxın münasibətlərə malikik və əlaqələrimizin normal inkişafı bizim üçün vacibdir".

Paşinyanın bu mesajından nə anlamaq olar? Mənə yalnız bir şey aydındır. Nikol Paşinyanın "mafiyası" İranla strateji münasibətləri dərinləşdirməyi düşünmür və Tehranın müttəfiqi olmaq istəmir. Onlar İranla əl sıxmaq istəmir, ABŞ və Türkiyə ilə yatağa girməyə üstünlük verir. Eyni zamanda Nikol Paşinyan Ermənistan ictimaiyyətini İranın Azərbaycanın dostu olduğuna inandırır və bununla da insanları İrana qarşı müəyyən mənada səfərbər etməyə çalışır... Sonra da biz İran Azərbaycanı qələbə münasibətilə təbrik edəndə əsəbləşirik. İran təbrik etməsin neynəsin?!”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Azərbaycan   Tehran  





Xəbər lenti