AzVision.az xəbər verir ki, buna sübut kimi sosial şəbəkələrdə paylaşım edən tarixçi hətta mənbəyi bilinməyən bir foto da paylaşıb. Şuxyan iddia edib ki, fotodakı döyüşçülər ermənilər olduqları üçün onun ölkəsi də dünya müharibəsində qalib dövlət sayılır: “Ermənilərin Birinci Dünya Müharibəsində iştirakı. Fotoda gördüyünüz şəxslər Fransa ordusunun erməni legionunun döyüşçüləridirlər. Bu gün (Dünən-red.) bəşəriyyət Birinci Dünya Müharibəsinin başa çatmasını qeyd edir. 1918-ci ildə, noyabrın 11-i səhər saatlarında Paris yaxınlığındakı Kompyen meşəsində sülh müqaviləsi imzalandı. Ermənistan da müharibədə qalib gələn ölkələr sırasında olub”, - Ruben ənənəvi erməni anormallığı ilə çıxış edərək ölkəsini də qalib ölkələr sırasına salıb.
Qeyd edək ki, erməni tarixçilər tez-tez yalan və uydurma dolu iddialarla çıxış edir, əsası olmayan tarixi "faktlar"la dünyaya ən qədim xalq, dövlət olduqlarını göstərməyə çalışırlar. Nəinki tarixi saxtalaşdırır, qonşu xalqların mədəniyyəti, mətbəxi, musiqisi və ənənənlərini belə mənimsəyərək erməniləşdirmək istəyirlər.
Tural Tağıyev
AzVision.az