Demokratların ABŞ Senatına nəzarət etmək üçün bir yeri qalıb

   Demokratların ABŞ Senatına nəzarət etmək üçün bir yeri qalıb
  12 Noyabr 2022    Oxunub:814
Demokratlar Partiyasına ABŞ Konqresində Senata nəzarət etmək üçün bir yer qalıb.
Bu barədə “Fox News” telekanalı məlumat yayıb. Belə ki, demokrat senator Mark Kelli Senata seçilib və orada Arizona ştatını təmsil edəcək.

Respublikaçılar və Demokratların Senatda 49 yer qazandıqları bildirilir. Demokratlara ABŞ Konqresinin yuxarı palatasına nəzarət etmək üçün bir yer qalıb. Daha bir ştatda qələbə demokratları səs çoxluğu ilə təmin edə bilər və səslərin bərabərliyi halında vitse-prezidentin səsi həlledici olur.


AzVision.az



Teqlər:





Xəbər lenti