"Çalışacağıq ki, Azərbaycanla sülh müqaviləsi ilin sonuna qədər imzalansın" - Paşinyan

   "Çalışacağıq ki, Azərbaycanla sülh müqaviləsi ilin sonuna qədər imzalansın" -    Paşinyan
  11 Noyabr 2022    Oxunub:1139
"Ermənistan tərəfdə Rusiya, Azərbaycan tərəfdə isə Türkiyə sərhəd xidmətçilərinin olmasına qarşı deyil".
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan ictimai televiziyaya müsahibəsində bəyan edib. O, bildirib ki, sülh sazişini 2022-ci ilin sonuna kimi imzalamağa çalışacaq. "Biz hər şeyi edəcəyik ki, ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın. Lakin sülh müqaviləsi qüvvəyə minənədək sərhədlərin delimitasiyası prosesi başa çatmalıdır".

Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması ilə bağlı deyib:

"Ermənistanın yeni fəlakətlərlə üzləşməsini istəmiriksə, o zaman bütün dünya ilə mübarizə aparmağa cəhd etməməliyik, çünki bunu edə də bilmərik" - Paşinyan əlavə edib.

O, Rusiya tərəfdən təklif edilən sülh müqaviləsi variantının onları qane etdiyini vurğulayıb.

AzVision.az




Teqlər:





Xəbər lenti