Almaniya kibertəhlükəsizlik üçün Ukraynaya 1 milyard avro ayıracaq

   Almaniya kibertəhlükəsizlik üçün Ukraynaya 1 milyard avro ayıracaq
  11 Noyabr 2022    Oxunub:941
Almaniya hökuməti Ukraynaya dəstək üçün 2023-cü il üçün federal büdcədən əlavə 1 milyard avro ayırıb. Vəsait digər məsələlərlə yanaşı, kiberməkanda təhlükəsizliyin təmin edilməsinə yönəldiləcək.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

“Ukraynanın büdcəsi açıq şəkildə göstərir ki, bizim dəstəyimiz vacib və zəruri silah tədarükündən çox kənara çıxır", -Yaşıllar Partiyasının Almaniyadakı nümayəndəsi, Ukraynaya dəstək məsələləri ilə məşğul olan Robin Vagener deyib. Eyni zamanda, o, bu məbləğin bir hissəsi ilə insan hüquqlarının pozulması və müharibə cinayətləri ilə bağlı sübutları qeydə alan qruplara dəstək veriləcəyini qeyd edib.

Reuters agentliyinin məlumatına görə, əlavə vəsaitlər Belarus, Rusiya və Ukraynada jurnalistlərin müdafiəsi də daxil olmaqla, daha geniş regionda vətəndaş cəmiyyətinə dəstək üçün istifadə olunacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti